Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürdü
    • 19-02-2022, 11:22
    • 386

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürdü

Şəki sakini ehtiyatsızlıqdan tanışını öldürüb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təhlükəli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.