Siyəzənin Allahyarlı kəndində meşə yanğını söndürüldü
    • 20-08-2022, 18:30
    • 898

Siyəzənin Allahyarlı kəndində meşə yanğını söndürüldü

Siyəzən ərazisində baş verən yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var

News24.az xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.

O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib. Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir: “Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib”.