Azərbaycanda ağır qəza - Yeddi nəfər xəsarət aldı
    • 17-01-2023, 22:39
    • 139

Azərbaycanda ağır qəza - Yeddi nəfər xəsarət aldı

Qazax rayonunda yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Publika.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə Kəmərli kənd ərazisində "QAZel" markalı mikroavtobus minik avtomobilinin anidən qarşısına çıxması səbəbindən idarəetmədən çıxıb və yol kənarındakı arxa düşüb.

Xəsarət alan şəxslər bunlardır:

Əhmədov Səməd (2005) Lenanov Elçin (2005), Həsənova Ülviyyə (2001), Həkimova Cəmalə (1988), Rəhimova Şəfiqə (2004), Məmmədova Solmaz (2006), Muradova Nurlanə (2002)

Yaralıların bir çoxu Qazax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəsarət alanlardan birinə ambulator müalicə göstərilib. Daha 6 nəfərin müalicəsi isə davam etdirilir. \Teleqraf.com\