"İnsanlarımız Tarif Şurası və İranın əlində qalıb" - Tural Abbaslı
    • 4-02-2023, 14:53
    • 950

"İnsanlarımız Tarif Şurası və İranın əlində qalıb" - Tural Abbaslı

"Avtobus və metroda gediş haqlarının qalxmasını düzgün hesab etmirəm".

Bunu News24.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

Partiya sədri bildirib ki, bu gün ölkəmizdə 60 faizə qədər inflyasiya var:

"Bu da o deməkdir ki, əvvəl 1 manata aldığımız məhsulu indi 1 manat 60 qəpiyə alırıq. Bu da insanların büdcəsinə çox ciddi təsir edir. O da maraqlıdır ki, maaş artımı olanda deyirlər ki, 70 faiz qalxdı, yaxud da  50 manat artım oldu. Amma avtobusun və metronun qiyməti qalxanda  "10 qəpik qalxdı" deyirlər. Niyə "10 qəpik qalxdı" deyirsiniz?! Deyin ki, 30 faiz qaldırdıq! Sizin üçün 10 qəpik heç nə ola bilər. Əgər ailədə 5 nəfər varsa və onun 4-ü gündəlik işə və məktəbə gedirsə, gün ərzində onların büdcəsinə kifayət qədər zərbə dəyir. Bir dəfə də qiyməti endirin! Bir tərəfdən üzərimizə İran gəlir, bir tərəfdən də Tarif Şurası. İnsanlarımız Tarif Şurası və İranın əlində qalıb. Sərnişin daşınması ilə məşğul olan sahibkarlar deyirlər ki, işləmək sərf etmir. Sərf etmirsə, işləməyin! Belə məsələlərdə xalqı razı salmaq, onlarla həmfikir olmaq lazımdır". 

Aynurə FATEH