Ordubadda evlərdən oğurluq edən şəxs saxlanılıb - FOTO
    • 12-03-2023, 11:50
    • 204

Ordubadda evlərdən oğurluq edən şəxs saxlanılıb - FOTO

Ordubadda oğurluq edən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, Ordubad RPŞ-nin əməkdaşları Gənzə kəndindən mənzillərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirərək saxlayıb.

Rayon sakini, əvvəllər məhkum olunmuş A. Əliyevin barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb, istintaq hərəkətləri davam edir.