DİN: 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürüldü
    • 18-04-2023, 09:48
    • 177

DİN: 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürüldü

Polis əməkdaşlarının aprelin 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 1,6 kiloqramdan artıq heroin, 3,1 kiloqramdan çox metamfetamin, 790 qram tiryək, 100 qramdan çox marixuana, 115 ədəd yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.