Elon Musk "Barbie" filmini tənqid etdi
    • 26-07-2023, 08:26
    • 362

Elon Musk "Barbie" filmini tənqid etdi

Milyarder amerikalı sahibkar Elon Musk "Barbie" filmini tez-tez "patriarxat" sözündən istifadə etdiyinə görə istehza ilə tənqid edib. 

News24.az xəbər verir ki, bubarədə “New York Post” məlumat yayıb.  

İş adamı qeyd edib ki, əgər filmin baş qəhrəmanı hər dəfə “patriarxat” sözünü deyərək spirtli içki qəbul etsə, o zaman film dünyada uğur qazana bilməyəcək.

Musk film istehsalçılarını belə ifadələrdən çəkinməyə çağırıb. 

Qeyd edək ki, "Barbie" ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri olan "Warner Bros Pictures.Bros"in istehsalı ilə çəkilib.

Günəş Mərd