Baş nazir: Ölkəmizi Quranla parçalamaq istəyirlər
    • 27-07-2023, 16:44
    • 103

Baş nazir: Ölkəmizi Quranla parçalamaq istəyirlər

“Ölkəni parçalamaq istəyirlər. Vəziyyəti pisləşdirmək üçün Qurani-Kərimi yandırırlar”. 

News24.az xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson deyib. 

 “Quran yandırılmasının dövlət tərəfindən edilməsini təəsüratını yaradan görüntülər, məlumatlar yayılır. Biz bəzi dövlətlər tərəfindən dəstəklənən dezinformasiya kampaniyalarına məruz qalırıq. Quranın ölkəmizə heç bir zərəri yoxdur”,- o deyib.
Baş nazir əlavə edib ki, ölkəni parçalamaq üçün anti-Quran hərəkətləri həyata keçirilir. Onun sözlərinə görə, son vaxtlar müqəddəs kitabın yandırıkması təhlükəsizlik siyasətini çətinləşdirir: “Bu hadisələr ölkəmizə birbaşa zərər vurmaq çağırışları ilə yanaşı, ölkəmizi təhrif edir. Dezinformasiya kampaniyaları isə vəziyyəti daha da pisləşdirir. İsveç vətəndaşları və şirkətləri xaricdə və ölkə daxilində təhlükəsizliyi zəiflədir və bununla da terror hücumları riskini artırır”.
 
Arzu