Zülfiyyə Qurbanova:
    • 27-07-2023, 20:08
    • 447

Zülfiyyə Qurbanova: "Ümid edək ki, bunun kinoya xeyiri olacaq"

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) idarə heyətinin iştirakı ilə iclas keçirilib və iclasın sonunda ölkədəki kino sektoruna dəstək məqsədilə ittifaqların birləşdirilməsinə qərar verilib.

Bu barədə News.24-ə danışan aktrisa Zülfiyyə Qurbanova bildirib ki, bu haqda mənfi fikirlər səsləndirmək üçün hələ tezdir. 

“Ümid edək ki, Kino ittifaqlarının birləşməyinin kino sahəsinə xeyiri olacaq. Özüm də Kino İttifaqın üzvüyəm. Burada hamı əl-ələ versə, kinoya dəstək üçün qərarlar qəbul olunsa, əlbəttə ki, kino üçün bundan sonrası yaxşı olacaq”.

Günəş Mərd