Xeyriyyə yeməyində 450-yə yaxın insan zəhərləndi
    • 7-08-2023, 21:23
    • 186

Xeyriyyə yeməyində 450-yə yaxın insan zəhərləndi

Əfqanıstanın Host əyalətində verilən xeyriyyə yeməyindən sonra 450-yə yaxın insan zəhərlənib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın ictimai səhiyyə departamentinin rəhbəri Fəzal Kərim Mandozay bildirib.

Onun sözlərinə görə, zəhərlənənlər arasında 90 uşaq, 120 qadın da var.