Almaniya və Polşa arasında viza böhranı
    • 25-09-2023, 16:14
    • 138

Almaniya və Polşa arasında viza böhranı

Polşanın xarici işlər naziri Rau Almaniyanı ölkəsinin daxili işlərinə qarışmaq cəhdində ittiham edib.

News24.az xəbər verir ki, nazir Rau sosial media platformasında Almaniya kansleri Olaf Scholz-a cavab verib.

Yazısında Almaniyanı tənqid edən Rau Şolzun bəyanatının “dövlətlərin suveren bərabərliyi prinsipini” pozduğunu bildirib. 

 “Aydındır ki, Almaniya kanslerinin səlahiyyəti Polşada davam edən proseslərlə bağlı deyil. Bu istiqamətdəki bəyanatlar Polşanın daxili işlərinə müdaxilə cəhdinə və ölkədə davam edən seçki kampaniyasına işarə edir"-Rau bildirib.

Aydan