"Bizə qarşı haqsız embarqolar indi də davam edir"
    • 14-10-2023, 13:02
    • 165

"Bizə qarşı haqsız embarqolar indi də davam edir"

"Bizə qarşı haqsız embarqolar indi də davam edir".

News24.az-ın məlumatına görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar deyib. 

O deyib ki, sözü gedən embarqoların ləğvi üçün müstəqilliyimiz tanınmalıdır. 

"Yunan Kipri ilə imzalanacaq müqavilə dayanıqlı olmalı, bunun üçün hər iki tərəfin müstəqilliyi tanınmalıdır. Türk dövləti Şimali Kiprdən türk əsgərinin geri çəkilməsini qəbul edə bilməz. Çünki Türkiyə dövləti Şimali Kiprin müstəqilliyinin təminatçısıdır. Qarşı tərəf bütün bunları problem kimi görür, hər zaman bu istiqamətdə narahatlıqlarını ifadə edirlər. Biz bu problemin Avropa İttifaqından kənar həllini görmürük. Ona görə də ayrı-ayrılıqda Şimai Kipr Türk Cümhuriyyəti və Cənubi Kiprin müstəqil dövlət olaraq tanınmasını təklif edirik. Sonradan aramızda qurulacaq əlaqələr bölgəyə dayanıqlı sülh gətirəcək".

Fərid Azəri