Dünya Bankının rəsmisindən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA
    • 24-10-2023, 15:14
    • 192

Dünya Bankının rəsmisindən Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Azərbaycan dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı nailiyyətlər əldə edib.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Dünya Bankının ölkə meneceri Stefanie Stallmeister oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda deyib.

O qeyd edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsində müəyyən problemlər var, digər ölkələrdə olduğu kimi Azərbaycan da bu problemdən yan keçmir.

"Azərbaycanda büdcə layihəsi ilə bağlı işlər görülür. Azərbaycan hökümətində maliyyənin idarəedilməsi ilə bağlı nailiyyətlər var. Biz Maliyyə Nazirliyi ilə əməkdaşlıq edirik. Bizim proqramımız dövlət xərclərinin azaldılmasına yönəlib. Azərbaycanda bu sahədə olan nümunələri başqa ölkələrlə paylaşa bilərik”, - deyə o əlavə edib.