Serbiyada qarşıdurmalar: bələdiyyə binasına basqın edildi
    • 25-12-2023, 14:56
    • 191

Serbiyada qarşıdurmalar: bələdiyyə binasına basqın edildi

Serbiyanın paytaxtı Belqradda nümayişçilər bələdiyyə binasına hücum etməyə cəhd ediblər. Polis gözyaşardıcı qazdan istifadə edərək etirazçıları oradan uzaqlaşdırıb

News24.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Xatırladaq ki, Serbiyada etirazlar dekabrın 17-də keçirilən seçkilərdən az sonra başlayıb, lakin ilk dəfədir ki, iğtişaşlar baş verir.

Serbiya prezidenti Aleksandar Vucic müsahibə zamanı toqquşmalar zamanı iki polisin yaralandığını, hücumun 35-dən çox iştirakçısının həbs edildiyini bildirib.

Müxalifət Aleksandar Vuçiç və onun hakim Serb Tərəqqi Partiyasını seçkilərin nəticələrini bülleten atmaq, rüşvətxorluq və digər vasitələrlə saxtalaşdırmaqda ittiham edir.

Ayşən