"Mülki itkilərin sayı 10 min 703-ə yüksəldi"
    • 9-03-2024, 20:10
    • 131

"Mülki itkilərin sayı 10 min 703-ə yüksəldi"

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub.

News24.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Rusiya-Ukrayna müharibəsində həyatını itirən mülki sayı 10 min 703-ə çatdı. Hücumda həyatını itirənlərin 549-u uşaqdı. Hücumlarda 20 min 146 adam yaralanıb.

Burada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Khaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqlarını bildirib.

O, qeyd edib ki, Rusiya qüvvələri Ukraynanın müharibənin genişləndiyi kənd, qəsəbə və şəhərlərini demək olar ki, tamamilə dağıdıb.

Günel Məlikzadə