Bu ölkənin Baş naziri istefa verdi
    • 12-03-2024, 14:38
    • 118

Bu ölkənin Baş naziri istefa verdi

Haitinin baş naziri Ariel Henri siyasi keçid dövrü çərçivəsində vəzifəsini tərk edəcək, ölkədə hakimiyyət müvəqqəti olaraq keçid prezident şurasına veriləcək.

News24.az xəbər verir ki, bunu Qayana prezidenti İrfaan Əli Yamaykada keçirilən beynəlxalq danışıqlardan sonra deyib.

Onun sözlərinə görə, Ariel Anrinin istefası keçid şurasının qurulmasından və müvəqqəti baş nazirin təyin olunmasından sonra qəbul ediləcək.

Qeyd edək ki, Ariel Anri 2021-ci ilin iyulundan Haiti prezidentinə sui-qəsddən sonra hakimiyyəti ələ keçirib. O, əvvəlcə təhlükəsizliyin bərpa edilməli olduğunu bəhanə gətirərək seçkiləri dəfələrlə təxirə salıb. Beləliklə, Haitidə 2016-cı ildən bəri seçki keçirilməyib.

Mehriban Mirzəzadə