Quterreş, Putin və Ərdoğan Zelenskiyə təklif göndərdi
    • 16-03-2024, 14:37
    • 201

Quterreş, Putin və Ərdoğan Zelenskiyə təklif göndərdi

Fevralda BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Türkiyə və Ukrayna prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenskiyə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək təklifləri ilə bağlı məktublar göndərib.

News24.az xəbər verir ki, bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarik məlumat yayıb.

"Açıq ticarəti, qida axınını və gəmiçilik təhlükəsizliyini qorumaq üçün bütün tərəflərlə müzakirələrimizi davam etdiririk. Bununla bağlı baş katib fevral ayında Rusiya Federasiyası, Türkiyə və Ukrayna prezidentlərinə məktublar göndərib", - deyə Düjarrik bildirib.

Düjarrik qeyd edib ki, BMT Qara dənizdə kommersiya daşımalarının risklərini daha da azaltmaq üçün Türkiyə, Rusiya, Ukrayna və digər müvafiq tərəflərlə fəal əməkdaşlığı davam etdirir. 

Mehriban Mirzəzadə