Moskva-İrəvan reysində bomba həyəcanı
    • 24-03-2024, 17:40
    • 165

Moskva-İrəvan reysində bomba həyəcanı

Moskvanın Şeremetyevo aeroportunda qadın sərnişin çantasında bomba olduğunu deyib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“İrəvana uçmalı olan reys təxirə salınıb. Hazırda güc strukturları əməliyyat tədbirləri aparırlar”, - məlumatda qeyd olunub.

***

Bomba barədə açıqlama zarafat imiş.


Bu barədə Rusiya mətbuatı yazıb.

Bildirilib ki, qadın insanlar təyyarəyə qalxdığı zaman stüardessanın telefonla danışmasından narahat olub.

“Bəsdir danışdın, yoxsa çantamda olan bombanı buraxacaqsan”, - qadın deyib.