“Terrorçulardan birini gördüm, əlindəki...”
    • 25-03-2024, 13:20
    • 329

“Terrorçulardan birini gördüm, əlindəki...”

Martın 22-də Moskva şəhərində yerləşən “Crocus City Hall”da baş verən terror zamanı insanları təxliyə edən 15 yaşlı İslam Xəlilov konsert zalında yaşananlardan danışdı. 

R TV xəbər verir ki, bu barədə gənc oğlan CBC kanalına açıqlama verib. 

O bildirib ki, zalda 100-dən artıq adam var idi. “Mən atəş səslərini eşidən kimi dərhal qışqırmağa başladım. Hər kəsi mərkəzin arxa qapısına yönəltməyə çalışdım. Terrorçular birinci mərtəbə də əsas girişdə, biz isə onlardan bir mərtəbə aşağıda idik. Terrorçulardan birini gördüm, əlində avtomatla insanlara doğru atəş aça-aça gəlirdi. Qorxurdum ki, mən də terror qurbanı olaram, çünki silahlı şəxs məndən 20-30 metr məsafədə idi. Mən ətrafımda olan insanları təxliyə etdikdən sonra ən axırıncı özüm çıxdım. Artıq oradan mərkəzin xaricinə uzaqlaşandan sonra bildim ki, terrorçular çoxlu sayda insan öldürüblər. Sonra isə konsert zalını yandırıblar”.

Aslan Nadiroğlu