Parisdən Kiyevə silah yardımı
    • 1-04-2024, 19:15
    • 110

Parisdən Kiyevə silah yardımı

“La Tribune” qəzetinə danışan fransalı nazir bəyan edib ki, ölkəsi Rusiyaya qarşı döyüşən Ukraynaya yeni yardım paketi çərçivəsində yüzlərlə köhnə, lakin “hələ də işlək” personal daşıyıcı zirehli texnika verəcək.

News24.az-ın məlumatına görə, Fransa hökuməti müdafiə şirkətlərinə təzyiq edir ki, hasilatı artırsınlar. 

Paris həmçinin ABŞ-ın tədarük etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinə bənzər “Aster 30” zenit-raket komplekslərini də tədarük edəcək. Fransalı nazir həmçinin “uzaqdan idarə olunan sursatların yaydan başlayaraq Ukraynaya çatdırılması üçün çox qısa müddətdə işlənib hazırlandığını” açıqlayıb. Son həftələr Rusiyanın hava hücumları nəticəsində enerji infrastrukturu ciddi şəkildə zədələnən Ukrayna, əsasən ABŞ-ın yardımını dayandırması səbəbindən cəbhədə sursat çatışmazlığı yaşayır. 

Qeyd edək ki, Avropa hökumətləri Kiyevi Rusiyanın hücumundan qorumaq üçün bir-birinin ardınca yardım elan edir.

Günel Məlikzadə