Rusiyalı ekspertdən İrəvana xəbərdarlıq
    • 10-04-2024, 11:34
    • 240

Rusiyalı ekspertdən İrəvana xəbərdarlıq

Rusiya Cənubi Qafqazda güc yolu ilə qalmağa cəhd etməyəcək, amma getsə, bundan ciddi şəkildə itkilərə məruz qalmayacaq.

News24.az Musavat.com-a istinadla bildirir ki, bunu “Güc faktoru” proqramının efirində Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin professoru, Karnegi Moskva Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin deyib.

Ekspert bildirib ki, Rusiyanın gedişi Ermənistan üçün acınacaqlı nəticələr verəcək.