Çavuş tibb işçisini yumruqladı, sürücünü dişlədi - ŞOK HADİSƏ
    • 16-04-2024, 20:00
    • 114

Çavuş tibb işçisini yumruqladı, sürücünü dişlədi - ŞOK HADİSƏ

Türkiyənin Tekirdağ vilayətində baş verən yol qəzasından sonra bölgəyə sövq edilən jandarma ilə təcili yardım işçiləri arasında insident yaşanıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, jandarmada xidmət edən çavuş ilə tibb işçisi dava edib.

Hadisə zamanı çavuş tibb işçisinə yumruq zərbələri endirib. Daha sonra həmin şəxs təcili yardım avtomobilinin sürcüsünə də hücum edib. O, sürücünün yanağını dişləyib.

Baş verənlərdən sonra həmin çavuş vəzifəsindən uzaqlaşdırılıb.

Hadisə anları təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb.