Hacıqabulda dəhşətli qəza: 8 nəfər xəsarət aldı
    • 21-04-2024, 14:35
    • 198

Hacıqabulda dəhşətli qəza: 8 nəfər xəsarət aldı


Hacıqabulda yol qəzası baş verib.

News24.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınlığında qeydə alınıb.

Hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.