"Rəisinin helikopteri buludlu ərazidən çıxa bilmədi!"
    • 22-05-2024, 11:44
    • 178

"Rəisinin helikopteri buludlu ərazidən çıxa bilmədi!"

Azərbaycan sərhədindən qayıdan nümayəndə heyəti ilə üç helikopterdən birində İran Prezident Aparatının şəxsi katibi İsmaili olub. O, həmin anları İran televiziyasına danışıb.

News24.az xəbər verir ki, ölkənin şimal sərhədindən Təbrizə qayıdarkən havanın açıq olduğunu deyən İsmailinin verdiyi məlumata görə, uçuşdan təxminən 45 dəqiqə sonra bir dərə buludlarla örtülüb.

Vertolyotların buludların üstünə çıxmaq üçün hərəkətə keçdiyini bildirən İsmaili, iki helikopterin yenidən göründüyünü ifadə edib.

İkisinin ortasında uçan Rəisi ilə vertolyotla əlaqənin dəqiqə yarım sonra kəsildiyini bildirən Rəisi, digər helikopterlərin də bir müddət ərazidə axtarış apardıqlarını, lakin heç bir işarə tapa bilmədiklərini bildirib.

Rəisinin helikopterini tapa bilməyəndə bölgəyə endiklərini izah edən İsmaili, "İtmiş helikopterin pilotu da cavab vermirdi. Bir müddət sonra telefona Təbriz Cümə İmamı Ayətullah Əli Haşim cavab verdi" deyib.

İsmailinin verdiyi məlumata görə, Haşimin səsi pis olub.  “Yaxşı deyiləm, yaralıyam” deyən Haşim heç kimi görmədiyini, ətrafda yalnız ağacların olduğunu bildirib. İsmaili hadisədən sonrakı 3 saat ərzində Ayətullah Əli Haşimlə dəfələrlə danışdığını və bir müddət sonra cavabın kəsildiyini bildirib.

Qeyd edək ki, Respublika Prezidentinin də olduğu 8 nəfərin həyatını itirdiyi helikopterin qalıqlarına 15 saatdan sonra çatılıb.


Günel Məlikzadə