Kremldən Aİ-yə cavab:
    • 22-05-2024, 14:53
    • 152

Kremldən Aİ-yə cavab: "Yaxından izləyəcəyik"

Avropa İttifaqı (Aİ) ölkələri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə olunan gəliri Ukraynanın müdafiəsi üçün istifadə etmək qərarına gəlib.

News24.az xəbər verir ki, dondurulmuş aktivlərdən istifadə planı dünən rəsmən qəbul edilib.

Razılaşmaya əsasən, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin 90 faizi Ukraynaya hərbi yardım üçün Aİ tərəfindən idarə olunan fonda köçürüləcək, qalan 10 faiz isə Ukraynaya başqa formada dəstək üçün istifadə olunacaq.

Peskov Rusiyanın bu plana necə cavab verəcəyi üzərində çalışdıqlarını və onun icrasını yaxından izləyəcəklərini açıqlayıb.

“KOSMOS FƏALİYYƏTLƏRİ BEYNƏLXALQ QANUNA UYĞUNDUR”

ABŞ hökuməti Moskvanın aşağı yerin orbitinə nüvə silahı çıxardığını iddia etdikdən sonra Kreml məsələ ilə bağlı açıqlama verib.

Kremldən verilən açıqlamada Rusiyanın kosmosdakı fəaliyyətinin beynəlxalq hüquq normalarına uyğun olduğu bildirilib.

Kremlin sözçüsü Dmitri Peskov da bəyan edib ki, Rusiya dəfələrlə kosmosda istənilən silahı qadağan etməyi təklif edib. Vaşinqton isə bu məsələ ilə bağlı onun təkliflərini rədd edib.

Günel Məlikzadə