Bakıda gənc qadın yol qəzasında xəsarət aldı
    • 26-05-2024, 10:04
    • 159

Bakıda gənc qadın yol qəzasında xəsarət aldı


Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1996-cı il təvəllüdlü Rzayeva Xanım Rizvan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.