Fatih Terimi o əvəzləyir?
    • 1-06-2024, 19:00
    • 177

Fatih Terimi o əvəzləyir?

“Napoli”, “Çelsi”, “Yuventus” və “Latsio”nun sabiq baş məşqçisi Mauritsio Sarri Yunanıstan klubuna rəhbərlik edə bilər.

News24.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə SDNA məlumat yayıb.

Mənbənin sözlərinə görə, söhbət “Panatinaikos”dan gedir. Afina klubu italiyalı mütəxəssisə vergilər çıxıldıqdan sonra 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edir.

Qeyd olunur ki, Sarri düşünmək üçün bir neçə gün vaxt istəyib.

Sarri razılaşarsa, Yunanıstanın idman tarixində ən çox maaş alan məşqçi olacaq.

Qeyd edək ki, Sarri təklifi qəbul etsə, yunan klubunda Fatih Terimi əvəz edəcək.