Real Madrid kuboku ilə şəhər turuna çıxdı - FOTOlar
    • 3-06-2024, 09:06
    • 179

Real Madrid kuboku ilə şəhər turuna çıxdı - FOTOlar

"Nəhənglər Liqası"nın finalında Almaniyanın "Borussiya Dortmund" komandasını 2:0 hesabı ilə məğlub edən "Real Madrid" 15-ci dəfə qazandığı kuboku paytaxt Madriddəki azarkeşlərinə çatdırıb.

News24.az xəbər verir ki, üstü açıq avtobusla şəhər turuna çıxan “Real Madrid”in texniki heyəti və futbolçularına azarkeşlər böyük maraq göstərib. Bənövşəyi-ağlar Madrid küçələrində azarkeşləri ilə çempionluq sevincini qeyd ediblər.

Baş məşqçi Karlo Ançelotti şənlikdə azarkeşlərə müraciət edərək, "Sizi çox xüsusi bir uşaqla tanış edəcəm" deyərək mikrofonu milli futbolçu Arda Gülərə verib.

Pərəstişkarlarını həyəcanla salamlayan Arda Gülər "Biz bir ailəyik. Hər şey üçün təşəkkür edirik" deyib.


Günel Məlikzadə