Tibbdə ilk: 10 min xəstə bir neçə günə müalicə olunacaq
    • 7-06-2024, 20:33
    • 165

Tibbdə ilk: 10 min xəstə bir neçə günə müalicə olunacaq

Çinin Qinhua Universitetinin alimləri dünyada ilk süni intellekt həkimləri tərəfindən idarə olunan xəstəxana inşa ediblər.

News24.az Axar.az-a istinadən xəbər verir ki, “Agent Hospital” olaraq adlandırılan xəstəxana 6 aylıq intensiv tədqiqatdan sonra hazır vəziyyətə gətirilib.

Xəstəxana faktiki olaraq hər gün 3000 xəstə qəbul edir.

Bildirilir ki, süni intellekt həkimləri sayəsində səhiyyə daha sürətli, effektiv və əlçatan olacaq. Xəstəxana adi qaydada iki ilə müalicə olunacaq 10.000 xəstəni bir neçə gün ərzində müalicə etmək imkanına malikdir.

Qeyd edək ki, xəstəxananın süni intellekt mütəxəssislərinin dəqiqliyi 93,06%-ə qədərdir və müraciətlərin əksəriyyəti tənəffüs orqanlarının xəstəlikləri ilə bağlıdır.