Məscidin minarəsinə ildırım düşdü
    • 10-06-2024, 13:43
    • 135

Məscidin minarəsinə ildırım düşdü

Mardində gecə saatlarında tufan qopub.

News24.az xəbər verir ki, Nuhoğlu məscidinin minarəsinə ildırım düşüb.

İldırımın çaxması ilə beton parçaları yerə düşüb. Vətəndaşların xəbəri ilə hadisə yerinə polis qrupları sövq edilib. Polis qrupları məscidin ətrafında təhlükəsizlik zolağı qurub..

Qeyd edək ki, məhəllə sakinləri məscidə dəymiş ziyanın böyük olduğunu bildirib. 

Günel Məlikzadə