Ermənistan KTMT-nin iclasına qatılmayacaq
    • 19-06-2024, 20:56
    • 140

Ermənistan KTMT-nin iclasına qatılmayacaq


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.