Rusiya Qəhrəmanı cinayətkar çıxdı, həbs edildi
    • 27-06-2024, 13:01
    • 215

Rusiya Qəhrəmanı cinayətkar çıxdı, həbs edildi

Luqansk Qarnizonunun Hərbi Məhkəməsi Rusiya Qəhrəmanı İrek Maqasumovu qətl və xuliqanlıqda təqsirli bilərək, 11 il müddətinə azadlıqdan məhrum edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Maqasumovun vəkili Konstantin Yelfimov məlumat verib.

Onun sözlərinə görə, Maqasumov qəhrəman adından məhrum edilib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun polkovnik-leytenant rütbəsi və “İgidliyə” görə 3 ordeni saxlanılacaq.