Bu ölkədə it əti qadağan edildi
    • Bu gün, 16:42
    • 50

Bu ölkədə it əti qadağan edildi

“The Korea Herald” qəzetinin məlumatına görə, Cənubi Koreyanın Kənd Təsərrüfatı Nazirliyi it ətinin qadağan edilməsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, açıqlamada bildirilib ki, Milli Məclisdə yanvarın 9-da qəbul edilən və it ətinin ticarətini, istehlakını qadağan edən qanun bu gündən qüvvəyə minib.

Bildirilib ki, hökumət bizneslərini bağlamaq və ya transformasiya etmək planlarını təqdim edən it yetişdirənlərə, qəssablara və restoranlara kompensasiya verəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Park Jung-hoon, ölkədə it əti istehlakının 2027-ci ilin fevralına qədər tamamilə dayandırılması üçün lazımi tədbirləri dəstəkləyəcəklərini bildirib.

Cənubi Koreya Kənd Təsərrüfatı Nazirliyinin may ayında verdiyi açıqlamaya görə, ölkədə it əti ticarəti ilə məşğul olan 5625 müəssisə təzminat almaq üçün müraciət edib.

Yeni qanuna görə, it fermerləri və it əti satan restoran sahibləri 2027-ci ilin fevralına kimi müxtəlif sektorlara keçməlidirlər.

Bu tarixdən sonra "ət üçün it kəsənlər" maksimum 3 il həbs və ya təxminən 23 min dollar, "ət üçün it böyüdən və satanlar" isə 2 ilə qədər həbs cəzası və ya 15 min dollara qədər pul cəzası ala bilərlər.


Günel Məlikzadə