İsrail Livanın cənubunu vurdu
    • 14-08-2024, 13:39
    • 208

İsrail Livanın cənubunu vurdu

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra gərginliyin artdığı Livan sərhədində Hizbullah qüvvələri ilə İsrail arasında qarşıdurmalar davam edir.

News24.az xəbər verir ki, İsrail qüvvələri yerli vaxtla saat 11:00 radələrində Livanın cənubunda mülki əhalinin tərk etdiyi Ayta ash Shab kəndini döyüş təyyarələri ilə vurub.

Hücumdan sonra ərazidən qatı tüstü qalxıb.

İsrailin bölgədə hücumları davam edərkən, Hizbullah qüvvələri də hücumlara cavab verir.

Günel Məlikzadə