İstilər nəticəsində ölənlərin sayı ARTDI
    • Bu gün, 17:51
    • 65

İstilər nəticəsində ölənlərin sayı ARTDI

Cənubi Koreyada yayın əvvəlindən təsirli olan həddindən artıq istilər səbəbindən həyatını itirənlərin sayı artıb. 

News24.az xəbər verir ki, Cənubi Koreya Səhiyyə Nazirliyinə bağlı Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatlarına görə, mayın 20-dən bu yana isti vurması nəticəsində 28 nəfərin öldüyü, 2 min 994 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib. 

Həddindən artıq istilər səbəbiylə 997 min təsərrüfat heyvanının tələf olduğu da qeyd olunub.

Məryəm İlhamqızı