"İsrailə reaksiya ölçülü olacaq"
    • 26-08-2024, 09:15
    • 210

"İsrailə reaksiya ölçülü olacaq"

İranın xarici işlər naziri Abbas Erakçi İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə telefon danışığı edib.

News24.az xəbər verir ki, bunu Erakçi X sosial media hesabında paylaşdığı mesajda bildirib.

Onlar regional danışıqları müzakirə etdiklərini bildirib.

Eyni zamanda, İtaliyalı nazirin İranı İsrailə qarşı təmkinli olmağa çağırdığına diqqət çəkən Erakçi, "İsrailin Tehranda törətdiyi terror hücumuna İranın cavabı dəqiq, ölçülü və yaxşı hesablanmış olacaq. Biz regional gərginlikdən qorxmuruq, lakin İsraildən fərqli olaraq, biz bunun arxasınca da getmirik”.

Günel Məlikzadə