Zelenski: Kurskda daha iki yaşayış məntəqəsini nəzarətə götürdük
    • 26-08-2024, 12:41
    • 221

Zelenski: Kurskda daha iki yaşayış məntəqəsini nəzarətə götürdük

Ukrayna prezidenti Vladimir Zelenski Kiyev qüvvələrinin Rusiyanın Kursk bölgəsində “bir-üç kilometr irəlilədiyini” deyib.

News24.az xəbər verir ki, Zelenski dünən axşam verdiyi açıqlamada deyib: 

“Ən çox diqqət hücumların ən sıx olduğu Novohrodivka və Vodianedir”.

O, əlavə edib ki, Ukrayna qoşunları Rusiyadakı daha iki yaşayış məntəqəsini nəzarətə götürüb, digərində isə əməliyyatlar davam edir.

Ukrayna lideri həmçinin Rusiyanın dondurulmuş aktivlərindən girov kimi istifadə etməklə Ukraynaya 50 milyard dollar kredit verilməsini nəzərdə tutan G-7 sazişinin təxirə salınmadan həyata keçirilməsini tələb edib.

“Real mexanizmə ehtiyac var ki, bu vəsait bu il ölkəmizə, xalqımıza dəstək ola bilsin", - deyə, o qeyd edib.

Günel Məlikzadə