Azərbaycanda baş redaktor qəzaya düşdü
    • 4-05-2022, 14:00
    • 195

Azərbaycanda baş redaktor qəzaya düşdü

"Publika.az" saytının baş redaktoru Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.

Bu barədə baş redaktorun özü məlumat verib.

O bildirib ki, mayın 2-də paytaxt ərazisində "VAZ-2107" markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.

İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb:

"Əyləşdiyim taksi ilə yük maşını ilə toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi".

A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb. /Report/