Bakıda evdə köməksiz qalan 63 yaşlı kişi vəfat edib
    • 5-05-2022, 14:18
    • 202

Bakıda evdə köməksiz qalan 63 yaşlı kişi vəfat edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Corat qəsəbəsində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə News24.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.