Bakıda intihara cəhd: Özünü doqquzmərtəbəli binadan atmaq istədi - VİDEO
    • 26-05-2022, 22:22
    • 265

Bakıda intihara cəhd: Özünü doqquzmərtəbəli binadan atmaq istədi - VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

News24.az xəbər verir ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.