Burada hər kəsi silahlı "partizanlar" qarşılayır- Bakının fərqli məkanından REPORTAJ
    • 10-06-2022, 12:08
    • 326

Burada hər kəsi silahlı "partizanlar" qarşılayır- Bakının fərqli məkanından REPORTAJ

Bakıda sovet dövrünün nostaljisi ilə yaşayan, yaxud o dövrdəki ab-havanı hiss etmək istəyənlər üçün çox maraqlı bir məkan var. Elə bir məkan ki, bura şəhərimizə gələn hər kəsin diqqətini çəkir. Çünki burda qonaq olanlar məkanın fərqli dizaynı, sərgilənən əşyaları, hətta yeməkləri ilə o illərin ovqatını yaşaya bilir. Bura ilk baxışda sovet evini xatırlatsa da, restoranlardan biridir.

Qeyd edək ki, restoran alman və sovet mədəniyyətlərini təmsil edən ayrı-ayrı zallardan ibarətdir. Üçüncü zal isə “Müttəfiqlər" adlanır ki, bura digər iki zaldan fərqli olaraq müasir günə uyğunlaşıdırlıb.

Restoranın fərqli cəhətlərindən biri də odur ki, bura gələn hər kəs öncədən girişdə soruşulan şifrəni bilməlidir. Əks halda, içəri daxil olmaq mümkün deyil. Çünki girişdə hər kəsi "silahlı partizanlar" qarşılayır. "Alman" zalından "Sovet" zalına keçmək üçün isə siz bir qədər "mübarizə aparmalı" olacaqsız. Əgər burada davranışlarınızda yanlışlıqlara yol versəniz, zirzəmidəki "həbsxanaya" da düşə bilərsiniz.  

Siz də bu fərqli məkanla tanış olmaq istəyirsinizsə, o zaman News24.az-ın hazırladığı reportajı izləyin:

Qumral Əliyeva 
Foto/Video: Nicat Niftəliyev