"Vətən müharibəsində şəhid olması xəbəri yayılmışdı" - Şəhidin əmisi
    • 12-04-2023, 12:29
    • 195

"Vətən müharibəsində şəhid olması xəbəri yayılmışdı" - Şəhidin əmisi

"O, 44 günlük Vətən müharibəsində ilk gündən axıra kimi döyüşdə iştirak etdi. Axıra kimi çox layiqli xidmət göstərdi. 44 günlük müharibədən sonra da  "Vətən, Torpaq, Xalq" deyə-deyə xidmətdən əl çəkmədi. Dedi: "son qanıma qədər vuruşacağam". Düşmənlərimizin ayaqları müqəddəs torpaqlarımızdan yox olan qədər, itənə qədər döyüşəcəm. Dediyi kimi də etdi. Yenə də, şəhid olaraq hamımızın başını uca etdi. Bütün şəhidlərimiz bizim üçün müqəddəsdir, ölməyiblər". 

Bu fikirləri News24.az-a açıqlamasında Şəhid Vidadi Zalovun əmisi Məhəmməd deyib.  O qeyd edib ki, Şəhidin 44 günlük müharibədə şəhid olması xəbəri yayılıbmış.

"44 günlük Vətən müharibəsində mənə zəng olundu. Onun xidmət etdiyi yoldaşlardan birini i Vidadinin şəhid olduğunu dedi. Amma, bu xəbəri 3 gün gizlətdim və heç kimə demədim. Keçmiş zabit kimi düşündüm ki, səhvlik ola bilər və həqiqət də, elə oldu. Şəhidlərin içində adı getmişdi, ancaq özü  anasına zəng etdi ki, narahat olmayaq.  Bütün şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət olsun.  Onlar bizim başımızın tacıdır. Onların bizim başımızı uca ediblər, bütün qara buludları götürüblər. Yenə də Vətən sağolsun! Şəhidlər ölməzdir, vətən bölünməzdir!".

Qumral ƏLİYEVA
Nicat NİFTƏLİYEV