Rusiya Ermənistana “desant” göndərir
    • 8-07-2023, 10:59
    • 173

Rusiya Ermənistana “desant” göndərir

“Bu günlərdə Ermənistana Rusiyadan daha bir ekspert qrupu göndərilib. Rusiya hökuməti anti-Rusiya əhval-ruhiyyəsinin artmasının səbəblərini öyrənmək üçün “desant” göndərir. Onlar müxtəlif ictimai qruplarla görüşəcəklər”.

News24.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşr qeyd edir ki, bu, Rusiya tərəfinin son illərdə ilk təşəbbüsü deyil: “Onlar mütəmadi olaraq belə səfərlər həyata keçirirlər, lakin bundan nəticə çıxarmırlar, səhvlərinin harada olduğunu dərk etmirlər. Bunlar, qısaca desək, onların Qarabağdakı davranışları və erməni cəmiyyəti ilə işləyə bilməmələridir”.

Akqabay