"Qremmi" mükafatçısı xəstəxanaya yerləşdirildi
    • 25-07-2023, 20:32
    • 287

"Qremmi" mükafatçısı xəstəxanaya yerləşdirildi

"Qremmi" mükafatçısı, müğənni Tori Kelli xəstəxanaya yerləşdirilib. 

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Məlumata görə, 30 yaşlı sənətçi dostları ilə nahar edərkən ürəyi sürətlə döyünməyə başlayıb və bundan sonra huşunu itirib.

Dostları onu xəstəxanaya aparıblar. 

Hazırda Kelli reanimasiya şöbəsindədir, onun ayaqlarında və ağciyərlərində qan laxtalandığı aşkarlanıb. 

Qeyd edək ki, Kelli 2019-cu ildə Ən yaxşı yeni sənətçi kateqoriyasında "Qremmi" mükafatına layiq görülüb.

Günəş Mərd