"Yabancı Damat"ın məşhur aktyoru vəfat etdi
    • 26-07-2023, 08:41
    • 354

"Yabancı Damat"ın məşhur aktyoru vəfat etdi

Bir müddətdir səhhətində problemlər olan türkiyəli aktyor, dramaturq və teatr rejissoru Yılmaz Qruda vəfat edib.  

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktyorun meneceri Tümay Özokur sosial mediada məlumat yayıb. 

Yılmaz Qruda tutulduğu virusdan sonra böyrək çatışmazlığı səbəbindən bir müddətdir ki, özəl xəstəxanada müalicə alırdı.

Sənətçi iyulun 14-də 93 yaşını qeyd edib. 

Qeyd edək ki, aktyor "Yabancı Damat", "İşler Güçler", "Kavak Yelleri" kimi məşhur seriallarda rol alıb. 

Günəş Mərd