Salyanda 5 otaqlı EV YANDI
    • 16-09-2023, 17:43
    • 197

Salyanda 5 otaqlı EV YANDI

Salyan şəhərində yanğın olub.

News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.