Son illərdə Bakı Metropoliteninin infrastrukturu yenilənib - Zaur Hüseynov
    • 6-11-2023, 12:01
    • 133

Son illərdə Bakı Metropoliteninin infrastrukturu yenilənib - Zaur Hüseynov

"Bakı Metropoliteninin 56 illik tarixinə xeyli uğurlar sığdırılıb". 

News24.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib. 

O deyib ki, metropoliteninin inkişaf tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolu olub:

"Məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində Bakı Metropoliteni mühüm inkişaf yolu keçib. Son illərdə Bakı metropoliteninin infrastrukturu yenilənib, yeni "Xocasən" elektrik deposu istifadəyə verilib. Metropolitenin konseptual inkişaf planına uyğun olaraq, son illərdə "Metrovaqonmaş" Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində yeni qatarlar alınaraq, sərnişinlərin xidmətinə təqdim olunub".

Fərid Azəri