"Ukrayna üçün çətin il olacaq" - general
    • 27-12-2023, 14:41
    • 185

"Ukrayna üçün çətin il olacaq" - general

2024-cü il Ukrayna üçün daha çətin ola bilər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, general Aleksandr Tarnevski BBC-yə müsahibəsi zamanı deyib.

“Mövcud resurslar müharibəni davam etdirmək üçün kifayət deyil. Kiyevə döyüş meydanında uğur qazanmaq üçün əlavə qüvvələr və vasitələr lazımdır. Buna səbəb Rusiya Silahlı Qüvvələrinin yaxşı təşkil olunmuş müdafiəsi və Ukrayna hakimiyyətinin şişirdilmiş bəyanatlarıdır”.

O bildirib ki, minalı ərazilərin çoxluğu da əks-hücum əməliyyatlarına mənfi təsir edir: “Həmçinin bizim zirehli texnikadan tam istifadə edə bilməməyimiz də aktiv irəliləyişlərimizi çətinləşdirdi və hücum hərəkətlərinin sürətinə təsir etdi. Rusiya dünyanın ən güclü ordularından birinə malikdir. Onun müdafiəsi bir yox, bir neçə xətdən ibarətdir. Düşmən bu müdafiə xətlərini bir ayda deyil, bizim hücum hərəkətlərinə hazırlaşdığımız dövrdə yaradıb”.

Onun sözlərinə görə, Rusiya hərbçiləri üzərinə düşən hər şeyi edirlər.

“Müharibənin dalana dirənməsinə dair fikirləri ilə razılaşmıram. Düşmənin bu vaxta qədər qarşıya qoyduğu məqsədlərə çatmaması artıq Ukrayna xalqı və qoşunları üçün əhəmiyyətli uğurdur. Düşmənin ən mühüm səhvi ondan ibarətdir ki, o, xalqın həmrəyliyinə və indiki dəstəyə ümid etmirdi”,- o deyib.

.

Ayşən