Gördüyü yuxu ölümünə SƏBƏB OLDU
    • 9-01-2024, 22:00
    • 271

Gördüyü yuxu ölümünə SƏBƏB OLDU

Braziliyada 71 yaşlı kişinin gördüyü yuxu ölümünə səbəb olub. Belə ki, yuxusunda evinin altına xəzinə görən kişi mətbəxinin döşəməsində 40 metr dərinlikdə quyu qazıb.

News24.az Moderator.az-a istinadən xəbər verir ki, Joao Pimenta da Silva adlı şəxs qazıntı işləri üçün çoxlu adam işə götürüb.

Belə ki, o, quyuya enərkən kəndir qopub və aldığı xəsarətdən dünyasını dəyişib.

Məlumata görə, hadisə yanvarın 5-də baş verib.