Lavrov Paşinyanı yalan danışmaqda İTTİHAM ETDİ
    • 18-01-2024, 16:31
    • 96

Lavrov Paşinyanı yalan danışmaqda İTTİHAM ETDİ

“Paşinyanın 10 noyabr bəyanatı barədə dedikləri həqiqətəuyğun deyil”.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 

O qeyd edib ki, sözü gedən sənəddə bütün regional nəqliyyat-kommunikasiya şəbəkələrinin açılması təsbit olunub:

“Müharibəni dayandıran bəyanatda deyilirdi ki, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarəti isə Rusiyanın sərhəd xidməti orqanları həyata keçirir. Bu, faktiki olaraq 9 noyabrda imzalanan bəyanatdan olan sitatdır. Paşinyan deyir ki, o eyni şərtlərin Ermənistan vasitəsilə tranzitə də şamil olunmasını istəyir. Paşinyanın bu açıqlamasında məntiq görmürəm. Bu marşrutların müqayisəsi yersizdir. 2021-ci ildə yaradılan üçtərəfli işçi qrupu çərçivəsində razılığa gəlinib ki, bu marşrutların keçdiyi ölkələr onun üzərində suverenliyini saxlayır. Baş nazirin müavinləri əvvəlcə dəmiryolu nəqliyyatının bərpasına razılaşıblar. Sonra bu məsələ KTMT sammiti çərçivəsində Paşinyanla müzakirə olunub. Razılıq əldə edilsə də, sonradan harasa uçub getdi. Biz yaxşı başa düşürük ki, əldə olunan razılaşmaları inkar etmək onlar üçün ənənəvi haldır”.

Fərid Azəri